Nigeriyada müsəlmanlarla xristianların toqquşması onlarla insanın həyatına son qoyub.
Cebhe.info Rusiya mediasına istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən Kaduna ştatında şənbə gün baş verən toqquşmalarda 55 nəfər ölüb. İğtişaşlar cümə axşamı başlayıb. Həmin gün Kasuvan-Maqani şəhərindəki bazarda xristian və müsəlman malyükləyənlər arasında başlanmış toqquşmalarda 2 nəfər ölüb. Gecə radikal gənc xristianlar müsəlmanlar yaşayan evlərə basqınlar edib. Münaqişəyə yerli sakinlər də qoşulub.
Ölənlərin sayının artmasına polisin təcili müdaxiləsi mane olub. Cümə günü şəhərdə komendant saatı elan edilib. Qarşıdurmada iştirak edən 22 nəfər fəal saxlanılıb.