Türkiyədə fərari əsgər mağaza işçilərini GİROV GÖTÜRDÜ

 Türkiyədə Qaziantepdə yerləşən hərbi hissədən qaçan əsgər özü ilə G3 tüfəngini də aparıb. Hələlik kimliyi açıqlanmayan fərari 15 temmuz küçəsindəki bir ticarət mərkəzində mağaza işçilərini girov götürüb. Əraziyə çox sayda polis, jandarma, tibbi yardım və xilasedici qrupları gəliblər.
Polis tərəfindən dilə tutulan əsgər təslim olaraq, saxlanılıb.
Tarix: 22-10-2018, 13:56
Xəbəri paylaş





Xəbər lenti