Keçən əsrin 50-ci illərində ABŞ-ın xarici siyasətində ən çox verilən sual buydu - "Çini kim itirdi?" Bu gün eyni sual belə qoyulub: "Bəs Amerikanı kim itirdi?”, - “Financial Times” qəzetinin yazarı Edvard Lyuis yazır.
Məqalə müəllifinin fikrincə, ABŞ xarici siyasətində daxili haçalanma baş verib. Deomkratlar üçün düşmən Rusiyadan başqası deyil. Respublikaçılar isə Çini gözlərinə kəsdiriblər. Nəticədə ABŞ öz milli maraqları üzərində nəzarəti itirmək üzrədir.
“Rusiya iqtisadiyyatı Çinin sadəcə kiçik payını təşkil edir. Texnoloji planda ruslar balaca balıqdır. Lakin demokratlara görə, Moksva Amerikanın başı üstündəki ən böyük təhdiddir. “Onlar Vladimir Putinə çox qəzəblidirlər, hazırkı ABŞ-ı isə onun əlindəki elastik gil kimi təsəvvür edilrər”, - yazıda qeyd olunub.
“Respublikaçılara yaxın konservativ media, xüsusilə “Fox News”, demək olar ki, hər gün Çin haqqında neqativ materiallar yaymaqla məşğuldur.
Demokratlar isə Kremlin hakerləri və sosial şəbəkələrdəki trollarından danışmaqdan yorulmurlar. Bu qarışıqlıq ABŞ xarici siyasətinin ardıcıllığını poza bilərmi?”, - müəllif sual verir.
Lyuisin fikrincə, ABŞ olduqca radikal geopolitk qeyri-müəyyənlik dünyasına qədəm qoyur və onun təcili olaraq doktrinaya ehtiyacı var.
“Tramp bir məsələdə haqlıdır: Çin Rusiyadan strateji cəhətdən daha böyük təhdid törədir. Lakin o bundan sonra nə edəcəyini bilmir. Yaponiya və Kanada kimi müttəfiqləri ilə arasını pozaraq, “Trans-Sakit okean əməkdaşlığı birliyi”ndən çıxaraq Tramp əslində Çinə qarşı çoxtərəfli təzyiq imkanlarından özünü məhrum edib”, - analitik yazır.
Lyuis Trampın “bacarığı” sayəsində ABŞ-ın Hindistanı da özündən kənara itələdiyini düşünr. “O səbəbdən Hindistan keçən həftə Rusiyadan S-400 zenit-raket komplekslərini aldı, üstəlik, ölkə ərazisində 6 atom stansiyasının tikilməsinə razılıq verdi.
“Rusiya və Çinin yaxınlaşdığı, Hindistanın isə ABŞ-ın orbitindən uzaqlaşdığı bir məqamda Vaşinqton getdikcə özünə qapanmaqla məşğuldur. Məhz bu məsələdə konsensus aramaq yerinə ABŞ siyasətçiləri Çin və Rusiya mövzusundan boks kisəsi kimi özlərinin daxili hesablaşmalarda istifadə edirlər.
İndi "Amerikanı kim itirdi" sualına belə cavab vermək olar -Amerika demokratiyası əslində özü-özünü itirib”, - jurnalist yazısını bu cümlə ilə yekunlaşdırıb.
Musavat.com