Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sarkisyanın hakimiyyəti uzun müddət saxlaya bilməsinin səbəbindən danışıb.
Cebhe.info xəbər verir ki, Paşinyan jurnalistlərlə söhbətində buna belə aydınlıq gətirib:
"Təbii ki, o, işə peşəkarları cəlb edirdi, amma onlara demirdilər ki, ölkəni talan etməyə gəlirlər. Deyirdilər ki, vətən və millət naminə. Daha sonra onlardan bəzi şeylərə göz yummağı istədilər, o vaxta qədər ki, özləri bəzi proseslərdə çirkaba batdıqlarının fərqində oldular".
Paşinyan qeyd edib ki, qanunu pozan istənilən vəzifəli şəxs məhkəmə qarşısında cavab verəcək.
Bununla belə baş nazir növbədənkənar parlament seçkilərində bir zamanlar respublikaçılarla əlaqədə olan şəxslərin adının siyahıda olma ehtimalını istisna etməyib.