Dollar bazarını alt-üst edən adama EDAM CƏZASI: “Sikkə sultanı”nın acı sonu


Dollar bazarını alt-üst edən adama EDAM CƏZASI: “Sikkə sultanı”nın acı sonu

İran Ali Məhkəməsi qızıl və dollar alverçisi Vahid Məzlumyan barədə edam qərarı çıxarıb. 

Cebhe.info xəbər verir ki, "sikkə sultanı" adlandırılan Məzlumyanın edam olunacağı xəbərini məhkəmə nümayəndəsi də təsdiqləyib.

15 nəfərdən ibarət qrupla bağlı məhkəmə prosesi 17 sentyabrda başlayıb. Onlar valyuta və qızılın qanunsuz ticarətində ittiham olunublar.

Məzlumyan isə böhrandan yararlanaraq qızıl və valyuta bazarında qarışıqlıq yaratmaq, ölkə iqtisadiyyatına zərbə vurmaqda ittiham edilib. Qərar qətidir və Məzlumyanın apellyasiya hüququ yoxdur.

Xatırladaq ki, “sikkə sultanı”nın həbsi barədə xəbər bu ilin iyulunda yayılıb. 58 yaşlı bu şəxs Tehranda saxlanılıb. O, bazardan dollar və qızıl sikkələri hansı qiymətə satılmasından asılı olmayaraq topladıb və daha sonra onları bazara baha qiymətə çıxararaq külli miqdarda gəlir əldə edib. 

Tarix: 22-10-2018, 16:24
Xəbəri paylaş





Xəbər lenti