Kaşıkçı cinayətində bütün izlər vəliəhd bin SALMANA DOĞRU APARIR

  Kaşıkçı cinayətində ortaya çıxan məlumatlar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hadisənin törədilməsindən xəbərdar olduğuna işarə vurur.
Jurnalist Camal Kaşıkçını öldürməkdə ittiham edilən sui-qəsd dəstəsinin lideri, 47 yaşlı səudiyyəli kəşfiyyat polkovniki Maher Əbdüləziz Mutrebin vəhşi cinayətin törədilməsindən sonra 4 dəfə zəng elədiyi şəxsin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ofis müdiri Bədr əl Asakirin olduğu bəlli olub. “Yeni Şafak” qəzetinin əldə elədiyi məlumata görə, Murteb İstanbuldakı Səudiyyə Ərəbistanı baş konsulunun otağından cib telefonu ilə Asakirin cib telefonuna zəng edib. Asakir vəliəhd Salmana ən yaxın şəxslərdən biri hesab edilir. “Tvitter” sosial şəbəkəsində 1,3 milton izləyicisi olan Asakir krallıq ailəsi ilə bağlı fotoları və məlumatları paylaşır.
Murtebin özü də vəliəhd şahzadəyə yaxın olan adlardandır.
 
Bədr əl Asakir
ABŞ-a da zəng edib
Mutreb İstanbulun baş konsulunun otağından cib telefonu ilə Asakirdən başqa, Amerikadan olan bir nömrəyə də zəng edib. Fərziyyələrə görə, Murteb həmin nömrə vasitəsilə Amerikada Məhəmməd bin Salmanın Vaşinqtonda səfir olan qardaşı Xalid bin Salmana zəng edib. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi Kaşıkçıya lazımi sənədi verməyərək onu İstanbuldakı konsulluğa yollamışdı.
Salmanın qara qutusu
Cinayət ortaya çıxdıqdan sonra Xalid bin Salman tələm-tələsik Vaşinqtonu tərk eləmişdi. Riyada qayıdan Salmanın özünün geri çəkildiyi, yoxsa, ABŞ tərəfindən qovulduğu maraq doğurub.
Murtebin telefonla əlaqə saxladığı Bedr el Asakir, vəliəhd bin Salmanın qara qutusu hesab edilir.
Hurriyyet.org
Tarix: 22-10-2018, 21:57
Xəbəri paylaş





Xəbər lenti