Almaniya jurnalist Camal Qaşıqçının qətlində ittiham edilən Səudiyyə Ərəbistanına qarşı sanksiya təklif edir.
Sanksiya bu ölkəyə silah satışını əhatə edə bilər. Cebhe.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Peter Altmayer təklif edib. Bildirib ki, ölkələr Səudiyyəyə silah satışını dayandırmalıdır. "The Lical" yazır ki, bu, Camal Qaşıqçı cinayəti ilə bağlı cəza tədbiridir.
Nazir silah satışının ən azı məsələyə aydınlıq gətirilənə qədər dayandırılmasını mümkün hesab edir. Həmçinin bütün Avropa ölkələrinin bu istiqamətdə birgə fəaliyyətini vacib sayır. Xatırladaq ki, Almaniya Səudiyyəyə silah ixracında 4-cü yeri tutur.