ABŞ-ı bu silah tam məhv edə bilər – Rus alimdən sensasiya
ABŞ-ı hiperkalibrli nüvə döyüş mərmisi geofiziki baxımdan qeyri-stabil ərazilərə düşəcəyi halda tam məhv edə bilər.Bu sözlər Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidenti Konstantin Sivkovun “Hərbi Sənaye Kuryeri” jurnalındakı məqaləsində yer alıb.
“Tərəflərdən birinin nüvə müharibəsini udmasına şərait var. Hazırda ABŞ daha uğurlu mövqedədir, Rusiyanın isə hələlik assimetrik cavab imkanı yoxdur. Bu isə o deməkdir ki, ABŞ elitası Rusiyaya qarşı preventiv nüvə müharibəsinə gedə bilər.
Bu gün bizim ölkə nüvə yarışında ABŞ-la rəqabət aparmaq gücündə deyil. Rusiya SSRİ deyil və biz məcburən assimetrik cavablar axtarmalıyıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiyanın üstünlüyü hiperkalibrli – 100 meqaton trotil ekvivalentində olan nüvə döyüş mərmilərinin yaradılması texnologiyalarına sahiblənməsindən keçir:
“Qitələrarası raketlərin bu gücdə 40-50 döyüş başlığı ilə təchiz edilməsi onların ABŞ-ın Yelloustoun supervulkanı kimi bir sıra geofiziki kritik ərazilərə atılmasına yardım edir. Belə zərbələr bütün transmilli elitanı və ABŞ-ı dövlət kimi zəmanətli formada məhv edəcək. Bu, yenidən genişmiqyaslı nüvə müharibəsini irrasional edir və onun yaranması şanslarını sıfra endirir. Əgər belə bir silah olsa, bu, Qərbi danışıqlar masasına oturmağa və sanksiyalardan imtina etməyə məcbur edəcək”.(Axar.az )
Tarix: 24-10-2018, 13:52