Köçəryandan Qarabağ açıqlaması: Petrosyanın tezisi…
Dağlıq Qarabağ konfliktinin həllində Petrosyan dövründəki tezisə dönüş etmək olmaz.Axar.az xəbər verir ki, bunu “Ayots Aşxar” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
“Məncə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük səhvimiz hələ Levon Ter-Petrosyan dövründə irəli sürülən tezisdir. Həmin tezis Ermənistanın Qarabağ hakimiyyətinin razılaşacağı istənilən sülh müqaviləsinə qol çəkməyə hazır olması barəsindədir. Bu yanaşma bizim üçün Lissabon sammitində arzuolunmaz qətnamənin qəbul olunması ilə nəticələndi”, – deyə o bildirib.
O, belə yanaşmanın Qarabağı az sayda resursla danışıqlar masasında yalnız qoyduğunu deyib.
Tarix: 24-10-2018, 14:00