ABŞ-ın raket sazişindən çıxması Avropaya təhdid törədir-Qərb mətbuatı


Xəbər verildiyi kimi, ABŞ Orta və Kiçik Mənzilli Raketlərin (OKMR) ləğvi ilə bağlı sazişdən çıxdığını elan edib.

Bu saziş 1987-ci il dekabrın 8-də ABŞ prezidenti Ronald Reyqan və keçmiş SSRİ-nin Kommunist Partiyasının MK baş katibi Mixail Qorbaçov tərəfindən imzalanıb.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Moskva səfərində problemi rusyialı həmkarları, o cümlədən, prezident Vladimir Putinlə müzakirə edəcəyi gözlənilir.

Qərb mətbuatı Tramp administrasiyasının qərarına əsasən neqativ rəylərlə reaksiya verib. "ABŞ-ın OKMR-dən çıxması haqqında qərarı Amerika və onun müttəfiqlərinin arasına sancılmış bıçaq tiyəsidir”, - Böyük Britaniyanın “The Times” qəzeti yazır.

Qəzet Avropada yeni antiamerikanizm dalğasının qopacağı və NATO içində münasibətlərin daha da mürəkkəbləşəcəyi barədə xəbərdarlıq edib: “Sazişin pozulmasının bütün məsuliyyəti Trampın üzərinə düşür. Putin indi sevincdən göyə uçmalıdır. Onun trollar fabriki bütün Qərbdə ictimai rəyi və elektoratı ABŞ-a qarşı yönəldəcək”.

ÐоÑожее изобÑажение

Qəzet iddia edir ki, sazişi pozmaq yerinə, ABŞ Moskvadan onun müddəalarına əməl olunmasına çağıra, habelə Çini qlobal qaydalara əsaslanan sistemə daxil etmək üçün Rusiya ilə əməkdaşlığa gedə bilərdi. Bununla da dünya özünü daha təhlükəsiz hiss edərdi.

“The Telegraph” (Böyük Britaniya) Donald Trampın 1987-ci ildə imzalanan anlaşmadan çıxmaq haqqında qərarının Moskvadan gələ biləcək hərbi təhdidləri artırdığını iddia edib.

Almaniyanın “Handelsblatt” qəzetinin yazarı Andre Ballen Ağ Evin bu qərarının dünyada qeyri-məhdud silahlanmaya gətirib çıxaracağı fikrini müdafiə edir.

A.Ballen də Trampın sonuncu addımının sazişin adından göründüyü kimi (orta və kiçik mənzilli), ilk öncə Avropanı təhlükə altında qoyduğunu və onu Rusiya raketlərinin potensial hədəfinə çevirdiyini yazır.

ÐаÑÑинки по запÑоÑÑ trump putin rockets

Avropa qəzetlərindən fərqli olaraq, ABŞ-ın “The Wall Street Journal” nəşri Donlad Trampın doğru qərar qəbul etdiyini iddia edir: “Dünyanı silahlanma üzərində nəzarət deyil, SSRİ-nin dağılması təhlükəsiz etmişdi. Silahlara nəzarət bir-biri ilə yol gedən ölkələrin olduğu zaman işləyir. Lakin qarşılıqlı inamsızlıq şəraitində onun bir mənası qalmır. Dünyada bir çox ölkə orta və kiçik mənzilli raketlər istehsal edir və onlar bu sazişə dazil olmadıqları üçün özlərini sərbəst hiss edirlər. Sazişdən çıxmaq həm də digər ölkələrdən gələ biləcək nüvə təhlükəsini tanımaqdır. Çin orta mənzilli raketləri buraxaraq, ABŞ-ın dəniz əməliyyatlarına və Sakit okeandakı bazalarına təhdid törədir. Bu səbəbdən də ABŞ Çinlə mübarizədə əl qolunu bağlayacaq iplərdən (sazişdən) qurtulmalıdır”.

“OKMR ölüb. Onu Kreml yeni raketləri quraşdırmaqla öldürüb”, - “Scowcroft Group” analitik mərkəzindən Franklin Miller Fransanın “Le Figaro” qəzetinə bildirib.

“Avropalılar konfrontasiya deyil, təhlükəsizlik istiyirlər. ABŞ-ın son qərarından sonra Rusiya ictimai rəy uğurunda müharibəni qazanacaq”, - Stokholm beynəlxalq sülh araşdırmaları institutunun (SİPRİ) direktoru Den Smit qəzetə başqa rəy verib.

Musavat.com

Tarix: 24-10-2018, 16:09
Xəbəri paylaş





Xəbər lenti