Kilsə savaşı qaqauzlara sıçradı: Təriqət davası etnik müstəviyə keçə bilər


Kilsə savaşı qaqauzlara sıçradı: Təriqət davası etnik müstəviyə keçə bilər

Ukrayna Pravoslav Kilsəsinin Moskva Patriarxlığının tabeliyindən çıxması ilə xristian dünyasında yaranmış parçalanma Maldovaya da sirayət edib. Artıq Maldovada yaşayan qaqauzlar da Rusiya Pravoslav Kilsəsinin rəhbəri Kirillə müraciət edərək, seçim etdiklərini bildiriblər. Xatırladaq ki, oktyabrın 15-də Ukrayna Avtokefal Kilsəsi Moskva Patriarxlığının tabeliyindən çıxaraq, Konstontinapol Patriarxlığının tabeliyinə keçib. Bununla da pravoslav dünyasında baş verən parçalanma dövlətlərarası münasibətləri də qarşı-qarşıya qoyub. Rusiya, Belarus, Serbiya ilə Ukrayna, Gürcüstan, Yunan kilsələri arasında ziddiyyət yaşanır. 

Artıq proses Maldovada da baş qaldırıb. Maldovada yaşayan xristian türklər-qaqauzlar öz mövqelərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da çatdırıb. Qeyd edək ki, oktyabrıın 17-18-də prezident Ərdoğan Maldovada rəsmi səfərdə olub. 

Qərb mətbuatının yazdığına görə, R.T.Ərdoğan xristian türklərin yaşadığı Qaqauziyaya muxtariyyət verilməsi barədə Moldovanın prezidenti İqor Dodonla tarixi razılaşma əldə edib. Türk diplomatiyasının Qaqauzun maraqlarını Kişinyov qarşısında müdafiə etməsi və Maldovanın bu bğlgəsindəki xristian əhalinin tələblərini dəstəkləməsi Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi türk hökumətinin ideologiyası ilə əlaqədardır. Qaqauz muxtariyyətinin paytaxtı Komrat şəhərində əhali qarşısında çıxış edən Türkiyə prezidenti onların diqqətini qaqauzlarla türk millətinin genetik və dil baxımından eyni olmasına cəlb edib. 

"Xristian Həmrəyliyi" Fondunun direktoru Dmitri Paxomovun fikrincə, baş verən kilsə hadisələri fonunda prezident Ərdoğanın Maldovaya səfəri maraq doğurur. Ekspert qeyd edir ki, bu suala cavab vermək üçün tarixə kiçik bir ekskursiya etmək lazımdır. "Belə ki, XIX əsrin ikinci yarısında baş vermiş münaqişə nəticətində Osmanlı imperiyasının tabeliyindən ayrılan bolqarlar özlərinin Konstantinapol Patriarxlığından ayrı, müstəqil ekzarxiyasını elan etdilər. Həmin dövrdə Bolqarıstanın tanınmayan qaqauz əhalisi hələ Rusiyanın hüdudlarına köçməmişdi və Konstantinapol muxtar kilsəsinin tabeliyində qaldı. 

Yunan kilsələrində müqəddəs keşişlərin yunan dilində ibadət etmək təcrübəsi yaranıb. Bu, Rus Pravoslav Kilsəsinə aid qaqauz dindarlara qarşı fənərlərin (1821-1830-cu illərdə Osmanlı imperiyasına qarşı mübarizə aparmış Fanariat) sübut olunmamış fikirlər irəli sürməsi üçün əsas yaradır. Qeyd edək ki, qaqauzlar Rusiya imperiyasının hüdudlarına köçdükdən sonra xidmətə nə yunan, nə də slavyan kilsəsi dilində deyil, qaqauz və maldovan dillərində göndərildilər. 

Müasir Türkiyədə çox az sayda qaqauz yaşayır. Onlar oraya Maldovanın və Ukraynanın SSRİ-dən ayrılmasından sonra işləməyə gedənlərdir. Keçmiş SSRİ-dən gələn, haqlı və haqsız olmasına baxmayaraq, mühacirət almağa tələsən bu adamlar Konstantinopol Patriarxlığı üçün böyük maraq kəsb edir. Son on ildə Fənərdən Qaqauza gələn arxiyepiskopların və ruhanilərin sayı əhəmiyyətli dərəcədə artıb. Həqiqi niyyətlərini bilmədən provaslav bu şübhəli adamları səmimi qəbul edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1930-1940-cı illərdə Türkiydə təhsil almış qaqauz tələbələr kilsə bayramlarında heç də İstanbulun yunan kilsələrində deyil, qeyri-kanonik milli Türk Pravoslav Kilsəsinin yurisdiksiyasına aid olan ibadətgahlarda ibadət etməyə üstünlük verirdi. Bu yaxınlarda Ukrayna kilsəsinin avtokefalyasının ətrafında yaranan problemlə bağlı Konstantinopolis patriarxlığına qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə iddia qaldırılıb. 

Rus Pravoslav Kilsəsi ilə Konstantinapol Patriarxlığı arasında baş vermiş parçalanmadan sonra Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin Maldovaya və Komrata planlaşdırılan səfəri ərəfəsində Türkiyə ərazisindəki qaqauz dini icmasının və ruhanilərin taleyinin necə olacağına aydınlıq gətirilməsi gözlənilir".

Ekspert İstanbulda yaşayan pravoslav qaqauzların adından Patriarx Kiril adına yazılmış müraciəti təqdim edib: "Müqəddəs Əlahəzrət! 

Biz qaqauzlardan ibarət pravoslav diasporası və Türkiyədə daimi və müvəqqəti olaraq yaşayan, digər millətlərdən olan qardaş və bacılarımız Rus Svyatoqorsk Pantelemon Manastırının və Konstantinapol Patriarxlığının İstanbuldakı yurisdiksiyasında olan məbədlərində və İstanbulun Konstantinopolis Patriarxlığının digər məbədlərindəilahi xidmət bayramlarına qatılaraq həmişə özümüzü dərk etmiş, sadiq övlad kimi Rus Pavoslav Kilsəsinə tabeliyi və itaəti indiyədək saxlamışıq. Bu gün Türkiyədə ilahiyyatla bağlı yaranmış müqəddəs din xadimlərini narahat edir. Əvvəlki kimi, həqiqi pravoslavlığın təmizliyinə hörmət göstərməyi, müqəddəsliyini təbliğ etməyi və gələcəkdə də pravoslav dindarlara daha çox qayğı göstərməkdə davam etməyinizi sizdən xahiş edirik. Biz artıq Konstantinapol Patriarxlığına qatılmırıq!"-müraciətdə belə deyilir. 

Lakin qeyd edilən müraciətin Rusiya hakimiyyətinin siyasi sifarişi əsasında hazırlanması ehtimalı da yüksəkdir. Çünki Rusiya pravoslav kilsəsinin vasitəsilə Maldovanın daxili işlərinə müdaxilə edib. Bu isə Kremlə Dnestryanı bölgədə Qaqauziyada siyasi münaqişləri alovlandırmaq, Maldovanın Avropa Birliyinə inteqrasiyasının qarşısını almaq üçün ciddi təsir imkanı yaradır. Ona görə Ukraynadan sonra Maldovanın da tamamilə Konstantinapol Patriarxiyasının himayəsi altına keçəcəyi proqnozlaşdırılırdı. Görünür, qaqauzları Rusiya Provaslav Kilsəsinin tabeliyində saxlamaqla Kreml bu bölgədə təsir imkanlarını qoruyub saxlamaqla yanaşı, həm də Maldovaya dini zəmində başlayıb sonra etnik münaqişəyə çevrilə biləcək bir təhlükə törətmək imkanlarına malik olduğunu nümayiş etdirir. (Cebhe.info)


Tarix: 25-10-2018, 21:19
Xəbəri paylaş





Xəbər lenti