Amerikalı generaldan ABŞ-Çin müharibəsinin anonsu


ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı, general Ben Hoces öz ölkəsi ilə Çin arasında müharibənin başlaması ehtimalını qiymətləndirib. Bizimyol.info “Washington Post”-a istinadən xəbər verir ki, general belə bir ehtimalın kifayət qədər böyük olduğunu bildirib.

Ötən həftə keçirilmiş sorğuya əsasən, amerikalı hərbçilərin təxminən yarısı hesab edir ki, artıq gələn il ABŞ irimiqyaslı hərbi toqquşmalara cəlb ediləcək, başlıca təhlükə isə Çin və Rusiyadır.

Ben Hoces isə bildirib ki, Çinin Avropada və Afrikada iqtisadi mövqelərini gücləndurməsi tez-gec ABŞ-la toqquşmalara gətirib çıxaracaq. Onun ehtimallarına görə qarşıdakı 15 il ərzində ABŞ-Çin müharibəsinin şahidi olacağıq.

Bəs iki nəhəng dövlətin müharibəsi dünya və bu ölkələrin özləri üçün necə nəticələnə bilər?

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Çinlə ABŞ arasında xeyli vaxtdır çox amansız rəqabət. Hətta bu rəqabət iqtisadi savaş həddindədir. Son 3-5 il öncəyə qədər dünyada ABŞ-ın qarşısında iqtisadiyyatda rəqabət apara biləcək dövlət yox idisə, artıq 3-4 ildir Çin bu rəqabəti aparmağa başlayıb. Çinin sürətli inkişafı, xüsusilə hətta onun sahil sularına aid olmayan dənizlərə süni adalar tikmək yolu ilə nüfuz etməsi, həmin dənizlərə yiyələnmək iddiası Amerikanı narahat edir. ABŞ-da belə hesab edilir ki, Çinin bu irəliləyişinin qarşısı alınmasa bu gələcəkdə Amerika və onun müttəfiqləri üçün böyük problemlər yaranacaq. ABŞ ilə Çin arasındakı münasibətlər get-gedə korlanır.

Donald Tramp artıq Çinlə əlaqələrin tam korlanması üçün lazımı addımlar atıb. Vaşinqton Çinin iqtisadiyyatını çökdürmək üçün lazımı üsullar da fikirləşib. ABŞ-ın bir sıra iri şirkətlərinin, xüsusilə avtomobilqayırma şirkətlərinin Çində öz filiallarını açmasıdır. Elə şirkətlər var ki, bütünlüklə Çinə köçüb. Səbəb isə Çində verginin çox aşağı və işçi qüvvəsinə verilən məvacibin də ABŞ-la müqayisədə çox az olmasıdır. Bir müddət öncə Tramp həmin şirkətləri Amerikaya geri qayıtmağa və istehsalı orada təşkil etməyə çağırdı. Onsuzda “Asiya pələngi” kimi Çin Amerikanın birinci düşməni idi. Düzdür bu düşmənçilik rəsmi surətdə elan edilməmişdi, amma Çinin sürətlə inkişafı və sərbəst iqtisadi fəaliyyəti ABŞ-ı qıcaqlandırır. Bu rəqibi sıradan çıxartmaq ABŞ-ın gündəmdə qoyduğu məsələlərdən biridir”.

Q.Hüseynli hesab edir ki, Çinlə ABŞ arasında iqtisadi müharibə şiddətlənə bilər, lakin silahların işə düşdüyü müharibəyə gedilməsi ehtimalı azdır: “Nəzəri baxımdan müharibənin olacağını düşünsək belə, Çin belə bir müharibədə təklənəcək və məğlub olacaq. Çin yalnız Rusiya və İranla əlaqə qura bilib. Bu məsələdə İran Çinin hərbi müttəfiqi ola bilməyəcək. Rusiyadan da Çinə həmdəm olmayacaq. Son 30 ildə baş verənlərə görə, Rusiya Çinə yaxından hərbi yardım göstərə bilməyəcək. Onunla bir cəbhədə vuruşa bilməyəcək. Çünki Çinin özünün də Rusiyaya qarşı ərazi iddiaları var. Bu iddialar Uşaq Şərqin böyük bir hissəsinə aiddir. Ural dağlarından o tərəfə 10 milyon kilometrə qədər ərazini itirilmiş torpaqlar hesab edir. Bu torpaqlar uğrunda SSRİ dövründə müharibə də aparmışdı. Lakin SSRİ güclü olduğu üçün Çini qorxutmuşdu.

Bundan başqa, Cənubi Koreya, Yaponiya, Hindistan və əksər dövlətlər Çinə qarşıdır. ABŞ Çinə qarşı böyük alyans yarada bilib. Həmin alyansdakı ölkələr də kifayət qədər güclüdürlər. Çin özü də hərbi potensialına görə çox da güclü ölkə deyil. Lakin elmi və texnoloji cəhətdən çox inkişaf edib. Lakin bir daha deyirəm ki, ABŞ Çinlə iqtisadi, ticarət müharibəsinə, elektron müharibəyə üstünlük verəcək. ABŞ çalışacaq ki, Çinə Amerika, Yaponiya və Cənubi Koreyadan texnologiya və sənaye məhsullarının axınını dayandırsın. Bununla da, Çinin iqtisadi inkişafını bloka salacaq. Bundan sonra Çinə qarşı müəyyən sanksiyalar tətbiq edəcək. ABŞ Çini bu üsul ilə dayandıracaq. Çünki ABŞ və Çin kimi nəhəng dövlətlərin qanlı müharibəsi dünya üçün, həm də bu ölkələrin özləri üçün çox böyük fəlakətlər gətirə bilər”.


Tarix: 26-10-2018, 22:02
Xəbəri paylaş





Xəbər lenti