Rus işğalı altındakı Krım tatarı soydaşlarımız Ananın müdafiəsinə qalxdı – “Bizim qadınlarımız – bizim namusumuzdur!” - VİDEO

 




Hurriyyet.org xəbər verir ki, Krımda tatar soydaşlarımızın repressiyası davam edir. Krım müsəlmanlarının və Krım tatarı olan fəalların kütləvi şəkildə təqib edilməsi tarixində yeni bir tendendiya başlanıb. Axtarışlar və həbslər zamanı öz doğmalarını müdafiə eləməyə səy göstərənlər hüquq-mühafizə orqanlarını təhqir eləmək ittihamı ilə məsuliyyətə cəlb olunurlar. İttihama məruz qalanlar sırasında Qədim Krım şəhərinin sakini Zarema Kulametova da var.

Zarema Kulametovanın 49 yaşı var. Krım-tatar fəalı Gəray Kulametovun anasıdır. Rus polisi A.Roqojini “təhqir eləmək” kimi saxta ittihamla 250 saat icbari ictimai iş (şəhər parkının təmizlənməsi) və pul cəzası alıb.

Oktyabrın 22-də Kulametova ona kəsilmiş icbari iş cəzasını tamamilə yerinə yetirib. Krım tatarlarının fəali olan oğulun anası ilə həmrəylik əlaməti olaraq, yarımadanın müxtəlif yerlərindən gəlmiş digər Krım tatarları ona kömək ediblər və əhali küçəni birlikdə süpürüb.

Zarema Kulametovaya kəsilmiş 1000 rubl cərimə cəzasını isə tatar əhali 10 rublluq dəmir pullarla ödəyib.

Kulametovanın cəzasının bitməsi münasibətilə şəhər məscidində mərasim keçirilib. Mərasimdə Krımın müxtəlif rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Zarema xanımın oğlu Gəray Kulametov (Quləhmədov) ötən il Krımd müsəlmanların təqib edilməsinə qarşı keçirilən təkbaşına piketlərin iştirakçılarındandır. Gəray Kulametov sosial şəbəkələrdə Rusiyada qadağan edilmiş “Hizb ut Tahrir” təşkilatının rəmzlərini dərc elədiyi üçün ona 10 sutka həbs cəzası verilib. Polis işçləri onu evindən apardıqdan sonra doğmaları onun harada və nə vəziyyətdə olduğu barəsində informasiya əldə eləməyə çalışıblar. Məhz bu zaman anasının onun suallarına saqqız çeynəyərək laqeyd şəkildə reaksiya verən, gülərək onu telfona çəkməyə başlayan polisi təhqir elədiyi iddia edilir. Lakin Zarema Kulametova özünü təqsirli bilmədiyini söyləyib.







Tarix: 27-10-2018, 15:58
Xəbəri paylaş





Xəbər lenti