“Erməni Milli Konqresi”-nin rəhbərliyinin iclası keçirilib.
Cebhe.info-nun məlumatına görə, eks-prezident Levon Ter-Petrosyanın liderlik etdiyi partiya dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməsi barədə məsələ müzakirə olunub.
“Erməni Milli Konqresi”-nin idarə heyətinin üzvləri Seçki Məcəlləsinin dəyişdiriləcəyi və reytinq sisteminin aradan qaldırılacağı təqdirdə, seçkilərdə iştirak etmək haqda qərar qəbul edib. EMK 2017-ci ilin aprelində keçirilmiş parlament seçkilərində məğlub olmasına dair Mərkəzi Seçki Komissiyasının qərarı ilə razılaşmır. Levon Ter-Petrosyanın tərəfdarları seçkilərin nəticələrinin Serj Sarkisyan tərəfindən kütləvi saxtalaşdırıldığını iddia edir.