ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yerləşən sinaqoqa ayin zamanı silahlı hücum olub.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, silahlı şəxs “Yəhudilərə ölüm, onlar yaşamamalıdır”, – deyə bağıraraq, sinaqoqu atəşə tutub: “Nəticədə 10 nəfər ölüb”.
Hadisədən sonra qətliamı törədən şəxs polisə təslim olub.
Onun şəxsiyyəti haqda hələlik açıqlama verilməyib.