Ermənistanda rusiyalı zabitin avtomobili yandırıldı
Ermənistanın Şirak vilayətinin prokurorluğunda oktyabrın 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilinin yandırılması faktı ilə bağlı materiallar hazırlanır.Siam.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Şirakın prokuroru
Karen Qabrielyanbildirib.
Məlumata əsasən, naməlum şəxslər Rusiyaya məxsus 102-ci hərbi bazanın hospitalının rəis müavini
Məhəmməd Məhəmmədovunavtomobilini yandırıblar.
“Hələ ki, cinayət işi açılmayıb, materiallar toplanır. Bunun əsasında müvafiq prosesual qərar qəbul olunacaq”, - prokuror deyib.
O qeyd edib ki, “Nissan Teana” avtomobilinin yandırılması barədə polisə zərərçəkən özü məlumat verib.
Siam.az
Tarix: 28-10-2018, 13:39