Paşinyanı seçməyən Ermənistanı nə gözləyir?
Paşinyan Rusiya üçün ən lazımlı rəhbərdir. Ermənistanda Nikol Paşinyan qədər Rusiyanın qarşısında əyilən və onun sözünə tabe olan ikinci lider olmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da Ermənistan İctimai Televiziyasının canlı yayımında istefa verdiyini bəyan edib. “Daha əvvəl dediyim kimi, mən bu gün baş nazir vəzifəsindən istefa verirəm.

Bu istefanın məqsədi, baş nazir vəzifəsini tərk edərək, üzərimə düşən məsuliyyətdən boyun qaçırmaq deyil, əksinə, qeyri-zorakı, məxməri, xalq inqilabının məntiqi nəticəsinə çatdırmaq - tam hakimiyyəti xalqa qaytarmaqdır”, deyə televiziya çıxışında bildirən Nikol Paşinyanın istefası Ermənistanda növbədənkənar parlament seçkiləri prosesinin başlanmasına səbəb olub.

Belə ki, Paşinyanın istefası onun tələb etdiyi kimi, dekabrın əvvəlində növbədənkənar seçkilərin keçirilməsinə imkan verir. Və demək olar ki, artıq Ermənistan parlamentinin buraxılması üçün formal prosedurlar başlayıb və faktiki olaraq Ermənistanda seçki marafonu start götürüb.

Parlament seçkilərinin gələn ilə qalacağı təqdirdə Paşinyanın uduzacağı və planlarının baş tutmayacağı gözləniləndir. Ermənistanda parlament seçkiləri Nikol Paşinyanın ssenarisi üzrə baş tutacaq. Nikol Paşinyanın arzularının baş tutması ehtimalı çox azdır.

Çünki Nikol Paşinyanın siyasi qüvvələr üçün hazırladığı ssenari demək olar ki, sıradan çıxmaq üzrədir. Yaxın zamanlarda Paşinyanın hazırladığı ssenarinin getdikcə daha çox dağılmasının şahidi olacağıq.

 Paşinyan Ermənistanda baş verən prosesləri təhlil etmək və düzgün nəticə çıxarmaq iqtidarında deyil.

Yəni, dərin analitik qabiliyyətə malik deyil. Paşinyanın verdiyi bəyanatlardan məlum olur ki, o, bir sıra məsələlərdə cəmiyyəti Serj Sərkisyanın üstün olduğuna inandırır.

Serj Sərkisyanı hakimiyyətdən devirən Paşinyan indi Serj Sərkisyanın ətrafına peşəkarları topladığını bildirir. Hətta dövlət məmuru kimi belə Paşinyanın bu çıxışının bir məntiqi yoxdur. Adama deyərlər, sən də ətrafına peşəkarları topla.

Mövcud vəziyyətdə Paşinyan yanlız və yanlız Putinin ssenarisini reallaşdırır. Putinin sosioloqları Ermənistandakı vəziyyəti öyrəniblər və Putinə iki amili məruzə ediblər. Birincisi, Paşinyan Rusiya üçün ən lazımlı rəhbərdir.

Çünki SSRİ dağılandan sonra formal olaraq müstəqil olan Ermənistanda Nikol Paşinyan qədər Rusiyanın qarşısında əyilən və onun sözünə tabe olan ikinci lider olmayıb.

Putin bunu bilir və Paşinyana dəstək verir. Putinin Ermənistana təzyiq edən mütəxəssisləri ona məsləhət veriblər ki, Paşinyanın reytinqi sürətlə azalır.

Bu azalma fonunda Paşinaynın yanlız dekabrın 20-nə qədər qələbə qazanmaq şansı var. Əgər seçkilər gələn il keçirilərsə, Paşinyanın reytinqi sürətlə aşağı düşəcək. Ona görə də Putin Paşinyanın baş nazir seçilməsinə dəstək verir.

İndiki seçkilər dövründə isə Koçaryan Putinin adını hallandırsa da, heç bir Kreml rəsmisi ona dəstək vermir. Eyni zamanda Putin Serj Sərkisyanın və Respublikaçıların qabağa çıxmasına mane oldu.

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin qarşıdakı seçkilərdə özünəməxsus layihə reallaşdırmaqla, Nikol Paşinyana əks qüvvələri aktivləşdirmək istədi.

Lakin Dövlət Dümasının sədri dərhal Zatulinin yalan danışdığını irəli sürdü. Hətta Zatulinin çıxışlarında anti-Azərbaycan məsələləri də var idi. Ancaq bizim rəsmilər də elə vaxtında müdaxilə etdilər.Cahan.info