“Yaxşı olar ki, Rusiya Krımdan və Ukraynanın şərqindən rədd olub getsin və Amerikadakı seçkilərə müdaxilədən vaz keçsin”. Cebhe.info xəbər verir ki, ABŞ prezidentinin köməkçisi Con Boltonun bu fikrini “Reuters” təqdim edib.
Məlumata görə, Bolton "Yaxşı olardı ki, ruslar bizim seçkilərə müdaxilədən əl çəksin, Krım və Donbasdan rədd olsun, Qərbdəki rusiyalıları öldürmək üçün qeyri-leqal kimyəvi silah tətbiq etmək cəhdini dayanısın",- deyə vurğulayıb.
Bu günlərdə Moskvaya səfərə gələn Bolton Britaniyada zəhərlənən keçmiş casus Sergey Skripal və qızının olayı ilə bağlı Rusiyaya sanksiya tətbiq edilib-edilməyəcəyi məsələsində qərar anı olduğunu bildirib.