Serj Sərkisyanın partiyası parlamentin iclasını boykot etdi


Ermənistan parlamenti növbədənkənar iclasını keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, gündəlikdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər məsələsi var. İclasda cəmi 58 deputat iştirak edir. Erməni mediası xəbər verir ki, kvorum olsa da, konstitusiyaya görə, qanunun qəbulu üçün deputatların 3/5-nün iştirakı lazımdır. Bunun üçünsə 63 nəfər iclasda iştirak etməlidir.

Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika partiyasını təmsil edən deputatlar budəfəki iclası da boykot edirlər.

Tarix: 29-10-2018, 13:34
Xəbəri paylaş





Xəbər lenti