ABŞ Kremlin təbliğatına qarşı mübarizəyə 40 milyon dollar ayırdı - Foto

ABŞ Kremlin təbliğatı ilə mübarizəyə 40 milyon dollar ayırdı

ABŞ hökuməti xarici ölkələrin yaydığı təbliğat və dezinformasiyalara qarşı təşəbbüslərin dəstəklənməsinə 40 milyon dollar ayırıb.

Reyting.az bildirir ki, bu məbləğin ayrılması üçün bir qədər əvvəl Pentaqon və ABŞ-ın Dövlət Departamenti razılaşıb.

Vəsait Qlobal əməkdaşlıq mərkəzinin sərəncamına daxil olacaq. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Palladino açıqlama verib.

“Maliyyələşmə Rusiya, İran və Çinin xarici auditoriyaya ünvanlanan dezinformasiya və təbliğat səylərinin qarşısının alınması üçün mübarizəni dəstəkləyəcək”, - Palladino söyləyib. 

ABŞ Kremlin təbliğatı ilə mübarizəyə 40 milyon dollar ayırdı



Tarix: 1-11-2018, 16:32
Xəbəri paylaş





Xəbər lenti