RUSİYA İMZANI ATDI: ORTALIQ QARIŞACAQ!
Siam.az xəbər verir ki, Rusiya Ukraynaya qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib. Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynaya qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan fərmanı imzaladıqdan sonra, bu sanksiyalar qüvvəyə minib. Rusiya hökumətinin mətbuat xidmətindən verilən açıqlmaya görə, Rusiya Ukraynaya qarşı sanksiya siyahısına 322 nəfər Ukrayna vətəndaşını və 68 nəfər Ukrayna şirkətini daxil edib.Qərara görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey Poroşenko, Ukraynanın daxili işlər naziri Arsen Avakov (Avakyan), Ukrayna parlamentinin sədri Andrey Parubiy, keçmiş baş nazirlər Arseniy Yatsenyuk və Yuliya Timoşenko, Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko və Ukraynanın dövlət neft şirkətinin başçısı Andrey Kobolev kimi şəxslərin adı sanksiya siyahısına salınıb.
Rusiyanın Krımı ilhaq eləməsində və Ukraynanın şərqində separatçılar üzündən baş verən böhran səbəbindən Kiyev hökumti 2014-cü ildən bəri Moskvaya qarşı müxtəlif iqtisadi məhdudiyyətlər qoymuşdu. Bu məhdudiyyətlər arasında Rusiyadan birbaşa təbii qaz idxalının dayandırılması, Rusiya banklarına qarşı qadağalar və iki ölkə arasındakı hava nəqliyyatının məhdudlaşdırılması kimi tədbirlər yer almaqdadır.
Hurriyyet.org
Tarix: 1-11-2018, 21:03