«Çin Rusiya silahlarını tirajlayır» – Çon Bolton
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hesab edir ki, Çin «Rusiyanın intellektual mülkiyyətini oğurlayır» və onun silahlarını tirajlayır.Bu barədə Bolton Vaşinqtonda Aleksandr Hamilton Cəmiyyətində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Çin «hələlik Rusiyanın qabaqcıl silah sistemlərini alır».
«Amma mən, tam əminəm ki, Çin bir çox Amerika məhsulları ilə etdiklərini elə Rusiya məhsulları ilə də edir: onlar intellektual mülkiyyəti oğurlayır, «surətini yaradır» və tirajlayırlar».Bolton həm də ehtimal edir ki, Çin çox tezliklə elə həmin sistemli silahların satışına başlayacaq və həm də Rusiyanın satdığından xeyli ucuz qiymətə.AzPolitika
Tarix: 2-11-2018, 08:54