200 milyardlıq müharibə: BAŞLADI VƏ BİTİR


200 milyardlıq müharibə: BAŞLADI VƏ BİTİR

ABŞ və Çin arasındakı “ticarət müharibəsi”nə son qoyula bilər. 

Cebhe.info xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbəyinə istinadən yazıb. Məlumata görə, prezident Donald Tramp özü başlatdğı "ticarət müharibəsi”nə son qoya və hətta Çinlə ticarət sazişi bağlaya bilər.

Mətbuat yazır ki, Tramp bunda maraqlıdır və artıq qarşı tərəf də məsələdən xəbərdardır. Hətta sizişin Argentinada keçiriləcək G20 toplantısında müzakirəsi istisna edilmir. 

Nəşr bildirir ki, Tramp Ağ Evdəki önəmli şəxslərdən sazişin mümkün şərtlərini hazırlamağı xahiş edib.

Xatırladaq ki, “ticarət müharibəsi” 200 milyard dollardan artıq Çin ixracına rüsüm tətbiqiylə başlamışdı. 

Tarix: 3-11-2018, 09:30
Xəbəri paylaş





Xəbər lenti