İsrail Suriyadakı hava əməliyyatlarını niyə dayandırıb? – «İsrail S-300-dən qorxdu…»

 Sentyabrın 17-də Suriyanın raket əleyhinə müdafiə qüvvələri səhv olaraq Rusiya hərbi təyyarəsini vurandan üzübəri, ötən müddət ərzində İsrail Suriya ərazisində heç bir hərbi əməliyyat keçirməyib. Bu da Suriya ərazisində müasir S-300 sistemlərinin yerləşdirilməsi ilə bağlıdır.
Bu barədə Avstraliyanın «Contra Magazin» nəşri yazıb.
Məlum olduğu kimi, sentyabrın 17-də İsrailin Suriyaya hava hücumunun gedişində Rusiyanın hərbi təyyarəsi vurulub. Hadisələrin faciəvi axarı nəticəsində təyyarəni Suriya hərbi-hava qüvvələri vurub, İsrail təyyarələri isə sadəcə, hava əməliyyatı zamanı Rusiya təyyarəsinin «arxasında gizləniblər». Bu insidentdən sonra, Moskva Dəməşqə müasir S-300 HHM sistemləri verib.
İsrail israr edirdi ki, Kremlin bu addımına baxmayaraq, Suriyada bombardmanları dayandırmayacaq. Amma o vaxtdan günümüzə qədər belə hücumlar barədə heç bir məlumat verilmir. Ümumiyyətlə isə Təl-Əviv bəyan edir ki, sentyabrın 17-dən sonra Suriya ərazisində Rusiya ilə razılaşdırılmış hərbi əməliyyətlar keçirir.
Belə bəyanatlarla İsrail bundan sonra da Suriyaya zərbələr endirmək əzmində olduğunu nümayiş etdirmək istəyir, ancaq mətbuatda bu barədə xəbərlərin olmaması böyük şübhələr doğurur.
Sentyabrın 17-ə kimi İsrail Suriya ərazisində həftədə bir neçə «cəzasız» əməliyyat keçirirdi və bu əməliyyatlar KİV-də fəal şəkildə işıqlandırılırdı.
Nəşr yazır ki, hücumların davam etdiyi, ancaq “onlar barəsində yazılmır və reportajlar çəkilmir” məzmunlu versiyanı istisna etmək olar.
Tarix: 3-11-2018, 16:18
Xəbəri paylaş





Xəbər lenti