Çində 26 avtomobil toqquşdu: Çox sayda ölən var
Çinin Lançjou əyalətində 26 avtomobilin toqquşması nəticəsində 14 nəfər həlak olub.Oxu.Az xəbər verir ki, daha 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə Lançjou - Haykou sürət şosesində, ödəmə məntəqəsindən 200 metr məsafədə baş verib.
Qeyd olunur ki, yük avtomobilinin sürücüsü idarəetməni itirib və bu da dəhşətli qəzaya səbəb olub.
Siam.az
Tarix: 4-11-2018, 10:02