Bu gün- 5 noyabrdan etibarən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib.
Cebhe.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının yeni sanksiyalarını "tarixdəki ən qəddar tədbir" adlandırıb.
Yen sanksiyalar əsasən neft sahəsi ilə bağlıdır. Bununla yanaşı, maliyyə əməliyyatları, energetika və yükdaşımanı da əhatə edir. Siyahıda 600-ə yaxın şirkət və fiziki şəxsin adı var. Tramp bildirib ki, o, bu vasitə ilə yeni nüvə sazişinə nail olmağı planlaşdırır.
Yeni sanksiyalar ABŞ-la Avropa Birliyi arasında mübahisəyə səbəb olub. Tramp sanksiyalara əməl edilməyəcəyi təqdirdə yeni tədbirlər vəd edib. Qadağaların Swift bank sistemini də əhatə edəcəyini deyən prezident Tehranla əməkdaşlığın davam edəcəyi təqdirdə nəticənin yaxşı olmayacağını vurğulayıb. AB isə ABŞ-ın sanksiyalarını qanunsuz hesab edir.
Tehranda isə yeni sanksiyaları artıq iqtisadi və siyasi yox, “psixoloji müharibə” adlandırırlar.