Sərhədə minlərlə silahlı qaçqın toplaşdı: Aralarında iranlılar da var- RƏSMİ


Sərhədə minlərlə silahlı qaçqın toplaşdı: Aralarında iranlılar da var- RƏSMİ

20 minə yaxın miqrant Bosniya-Xorvatiya sərhədinə toplaşaraq Mərkəzi Avropaya keçmək üçün fürsət axtarır. Cebhe.info xəbər verir ki, bu barədə Avstriya DİN-ə istinadən "Kronen Zeitung" qəzeti yazıb.

Nəşrin məlumatına görə, gəlmələrə qarşı Xorvatiya sərhədi möhkəmləndirib.

Məlumata görə, miqrantların 95 faizi kişilərdir və onların çoxu bıçaqla silahlanıb. Əsasən Pakistan, İran, Əlcəzair, Marakkodan olanlardır. Suriyalılar onların arasında yoxdur. Gəlmələr əsasən Almaniyaya getməyə can atır.

Xatırladaq ki, Almaniya ən çox qaçqın qəbul edən ölkədir- 1,5 miyon nəfər. İtaliya isə Avropaya gedənlərdən 119 minini qəbul edib.

Tarix: 5-11-2018, 10:33
Xəbəri paylaş





Xəbər lenti