Böyük Britaniya Müdafiə Nazilriyi ordudakı əsgər sayının azalması səbəbindən xarici ölkələrdən hərbi qulluqçu cəlb etmək niyyətindədir.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bununla əlaqədar ölkə qanunlarında dəyişikliyə də gedilir. Belə ki, orduya qatılmaq üçün 5 il daimi yaşayış şərtinin ləğv edilməsi gündəmə gəlib. Bundan sonra Avstraliya, Kanada, Keniya, Fici, o cümlədən Hindistan kimi ölkələrdən orduya qatılmaq mümkün olacaq.
Ölkənin populyar mətbuat orqanlarından “The Guardian”ın xəbərinə görə, yeni ərizələrin qəbuluna 2019-cu ilin yanvarından başlanılacaq. Böyük Britaniya krallıq donanması və hərbi hava qüvvələri də daxil olmaqla, ildə 1350 əsgərin cəlb olunması gözlənilir. İngilis dilli millətlər cəmiyyətinə üzv olmayan ölkələrdən isə heç bir kadr alınmayacaq.
“The Guardian” Britaniya ordusunda keçən il 8200 əsgər, matros və digər sahələrdə qulluq edə biləcək hərbi qulluqçuların çatışmadığını yazıb.
Qeyd edək ki, Böyük Britaniya Silahlı Qüvvələrində Nepalda yaşayan qurkx xalqının nümayəndərindən ibarət xarici hərbi kontingent fəaliyyət göstərir. Cəsarətləri ilə ad çıxaran qurkxlar ingilis ordusunun ən qorxulu qüvvəsi hesab olunur.