ABŞ-Rusiya:Nüvə müharibəsinin vaxtı açıqlandı


ABŞ-Rusiya:Nüvə müharibəsinin vaxtı açıqlandı

“Rusiya və ABŞ arasında hərbi münaqişədə nüvə silahından istifadəyə keçid anına qədər döyüşlər adi rejimdə davam edəcək. Bu proses isə bir neçə sutkadan bir aya və ya daha artıq sürə bilər”.

Cebhe.info xəbər verir ki, bunu hərbi elmlər doktoru Konstantin Sivkov bildirib.

Onun sözlərinə görə, tərəflərin maharibəyə hazırlaşmasından əvvəl səfirlik və diplomatik nümayəndəliklərin təmsilçiləri geri çağırılacaq.

Bundan başqa müharibə hazırlığının başqa əlamətləri də olacaq. İlk növbədə təlim adı altında sərhədlərə qoşun yığılması, zərbə qruplarının yaradılması həyata keçiriləcək.

“Bu, Rusiyaya vaxt ehtiyatı qazandıracaq ki, müvafiq tədbirlər görsün",- deyə ekspert bildirib.

O qeyd edib ki, zərbələr "Kalibr", X-101 və "Xəncər”lə endirilə bilər.

Sivkov həmçinin "İsgəndər-M"in bazasında orta radiuslu sulah hazırlanmasını təklif edib: “Ortamənzilli, yəni 2,-2,5 min km məsafə üçün nəzərdə tutulan, nüvə başlıqlı silah hazırlanması da lazımdır”.

Tarix: 8-11-2018, 22:58
Xəbəri paylaş





Xəbər lenti