Avstriyada Rusiyaya casusluq edən şəxs saxlanılıb. Onun ordu polkovniki olduğuna dair məlumatlar var. Cebhe.info xəbər verir ki, bu barədə “Kronen Tzeitung" qəzeti yazıb.
Nəşrin bildirdiyinə görə, hazıda araşdırma aparılır. İstintaq güman edir ki, casus azı 20 il Rusiya kəşfiyyatına işləyib və buna görə 300 min avro alıb. O, Rusiyaya Avstriya Silahlı Qüvvələri barədə məlumatlar ötürüb, həmçinin yüksək səviyyəli ordu komandanları barədə şəxsi məlumatları paylaşıb:
“Onu tutmaq üçün Avstriya kəşfiyyatına xarici dost kəşfiyyat xidməti kömək edib".