“ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların başlıca 3 səbəbi var. Birinci, İran neft və qaz satışının xarici ölkələrə satılmasının qarşısını almaq. Bunun başlıca səbəbi isə ABŞ əlində olan nefti dünyaya, ikinci silahı kimi çıxarmaq istəyirdi. İkinci, İranın İsraillə münasibətlərinin pis olduğunu görən ABŞ-ın gücü çatmasa da, İran ordusunu zəiflətmək cəhdi. Üçüncü, İran terror təşkilatlarına dəstək durur və onları maliyyələşdirir. Bunun üçün ABŞ əlindən gələni edir ki, İranın terror təşkilatlarına olan dəstəyinin qarşısını alsın. Bunu bacara biləcəyini isə zaman göstərəcək”.
Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Fuad Heydər deyib.
Politoloq qeyd edib ki, mövcud sanksiyaların səbəbini açıq şəkildə söyləməsə də, Tramp nüvə sazişinin ləğvini bildirib:
“ABŞ ən son ballistik raket sınağına görə İranın bir neçə şirkətinə və fərdlərə qarşı yeni sanksiyalar tətbiq edib. Yeni sanksiyaların raket proqramı ilə əlaqəsi olduğu deyilən 11 müəssisə və şəxsin ABŞ bank sistemindən istifadəsini qadağan edilib. Bu hadisələr isə İrana qarşı beynəlxalq nüvə sanksiyalarına qarşı edilən hadisələrdən sonra baş vermişdi. Bəzi Qərb ölkələri də bu, sanksiyalarda yaxından iştirak edib”.
Fuad Heydərin qənaətincə, ABŞ İranı 3 istiqamətdə zəiflədə bilər:
“Birinci, İranın nüfuzunu Yaxın Şərqdə sıfıra endirmək. İkinci, İran daxilində etnik və müxalif qrupları canlandırıb, onlara güclü dəstək verməklə. Üçüncü, İranın əlaqəsi olan ölkələri müxtəlif vasitələrlə bu əlaqələri pozmağa məcbur edə bilər. ABŞ-ın yürütdüyü sanksiyalara baxmayaraq - Türkiyə, Çin və Rusiya ticarət edəcəklərini bildiriblər. ABŞ sanksiyalarla iqtisadi cəhətdən İranı çökdürmək gücünə malikdir. ABŞ dünya dövlətləri arasında ən güclü, “dollar silahı”ndan istifadə edir. ABŞ-ın sanksiyalarına görə İran neftinin 30 faizini sata bilməyəcək. Belə şərtlərdə isə böyük dövlətlər və transmilli şirkətlər İrandan neft ala bilməyəcəklər. ABŞ istədiyinə nail olsa, vətandaş müharibəsini yarada bilsə, İranın vəziyyəti Suriyadan daha bərbad vəziyyətə düşəcək”.
Yeganə Oqtayqızı