Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir k, bunu Fransaya səfərə yola düşməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 25 hərbçi yaralanıb: “Yaralılardan 4-nün vəziyyəti ağırdır. Onlar təcili tibbi yardım təyyarəsi ilə Ankaraya gətirilir və müalicələri paytaxtdakı xəstəxanada davam etdiriləcək”.
***
Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində 4 əsgər şəhid olub.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 20 hərbçi yaralanıb.