2018-ci ilin 10 ayında Rusiyada 63,15 milyon dekalitr (dal) araq istehsal edilib ki, bu da 1,1% faiz keçən il bu vaxta qədər istehsal olmuşdan azdır.
Moderator.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə 11 noyabrda İstehlakçıların milli müdafiə ittifaqında bildiriblər.
Bununla bərabər qeyd edirlər ki, daha çox şərab və şampan istehsalında azalma baş verib-keçən ildəkindən 4,1 % az istehsal olunub.
Amma, konyak istehsalı ötən illə müqayisədə 1,1% artıb. Ekspertlər Rusiya şəhərləri arasında ən çox araq içilən şəhərlərin siyahısını tərtib ediblər. Siyahıya Saratov şəhəri başçılıq edir.