
CNN telekanalı ABŞ prezidenti Donald Trampı jurnalist Cim Akostanın Ağ Evə girişini qadağan etdiyi üçün məhkəməyə verib.
Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, bu barədə telekanalın açıqlamasında deyilir.
Qeyd olunur ki, prezidentlə birlikdə onun bəzi köməkçilərinə qarşı da dava açılıb.
ABŞ prezidenti "İmkan ver ölkəni özüm idarə edim. CNN-i də sən idarə et" dedikdən sonra çıxışına davam edən jurnalistə əsəbiləşərək "Sən çox kobud və bərbad bir insansan. CNN-də yalan xəbərlər yayımladığınız üçün də xalqın düşmənisiniz" şəklində reaksiya göstərmişdi.
Baş vermiş qalmaqaldan sonra Akostanın Ağ Evdə akkreditasiya kartı gizli xidmət əməkdaşları tərəfindən əlindən alınmışdı.
Videonu izləmək üçün şəklə klikləyin: