Təslim olmayan nazirin gedişi:Libermanın istefasının TƏFƏRRÜATI


Təslim olmayan nazirin gedişi:Libermanın istefasının TƏFƏRRÜATI

İsrail müdafiə naziri Aviqdor Libermanın istefasının təfərrüatları məlum olub. Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, o, özü istefaya getdiyini bəyan edib. 14 noyabrda "İsrail bizim evimizdir" Partiyasının fraksiyasının toplantısında nazir istefaya getdiyini deputatların diqqətinə çatdırıb.

Onun sözlərinə görə, bu qərarı Qəzza sektorunda fələstinli döyüşçülərə qarşı hərbi əməliyyatların dayandırılmasına etirazdır. Liberman HƏMAS-la əldə edilən razılaşmaya bu yolla etiraz edib.

O, həmçinin ölkədə erkən parlament seçkisinə çağırıb. Librman bildirib ki, onun nazir postundan getməsi ilə təmsil olunduğu fraksiya hakim koalisiyanı dəstəkləməyə son qoyur. Beləliklə də onun parlamentdə 120 mandatdan 61-i qalır.(Cebhe.info)



Tarix: 14-11-2018, 16:48
Xəbəri paylaş





Xəbər lenti