İrəvan-Kreml gərginliyi: Paşinyanı qazla imtahana çəkirlər


İrəvan-Kreml gərginliyi: Paşinyanı qazla imtahana çəkirlər

“Qazprom-Ermənistan”ın Rusiya bankı ilə müqaviləsi batdı 

Ermənistanın ən iri qaz tədarükçüsünə cinayət  işi açılıb

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətlə “Qazprom-Ermənistan” şirkəti arasında qarşıdurma dərinləşir.  Ermənitan Dövlət Gəlirləri üzrə Komitəsinin rəhbəri David Ananyan hüquq-mühafizə orqanlarının adıçəkilən şirkətə iradlarının səbəbini açıqlayıb. Ananyan bildirib ki, planlaşdırılan yoxlamalar zamanı təkrar yoxlamaya ehtiyacı olan məlumatlar ortaya çıxıb. Nəticədə, istintaqın qərarı ilə “Qazprom-Ermənistan” şirkətinə qarşı cinayət işi başlanılıb. Komitə sədri söhbətin nə qədər vəsaitdən getdiyinə dair sualı cavablandırmayıb və bunu məlumatın konfidensiallığının  qorunması ilə izah edib.  David Ananyan qeyd edib ki, cinayət işi çərçivəsində istintaq tədbirləri davam etdirilir və “Qazprom-Ermənistan” QSC-nin büdcəsi nin düzgünlüyünü yoxlamağa ehtiyac yaranıb. 

“Ermənistanın Dövlət Gömrük Komitəsinin bəyanatı əsassızdır, çünki mütəxəssislər yay ayları ilə müqayisədə qış aylarının hesablamalarını aparıblar "- Bu sözləri isə " Qazprom Ermənistan "QSC-nin baş direktoru Qrant Tadevosyan deyib.

"Qış aylarında zərərlər yaz aylarından müqayisədə böyükdür və bu, yalnız 2018-ci ildə belə deyil"-deyən Tadevosyan itkilərin daha böyük olmasını qışda havaların soyuq olması ilə izah edib. 

Xatırladaq ki, “Qazprom-Ermənistan” QSC bu ölkənin yanacaq-energetika sektorunda ən böyük investor sayılır. 

“2002-2018-ci illərdə bu şirkət sərmayə kapitalının həcmini  950 milyon dollara çatdırıb. Bu illər ərzində Rusiyanın “Qazprom” şirkəti bir qəpik də mənfəət əldə etməyib. Buna baxmayaraq, bizim təşəbbüslərimizə görə ölkəyə tədarük etdiyi qazın  qiymətlərini aşağı salıb. Yalnız 2017-2018-ci illərdə biz qaz istehlakının həcmində 13,4 milyard dram dəyərində zərər çəkmişik”-deyə Qrant Tadevosyan  bildirib. Tadevosyan bəyan edib ki, Dövlət Gəlirləri üzrə  Komitə itkilər barədə öz açıqlamalarını əsaslandıra bilsə, onlar əyintiləri bərpa etməyə hazırdır. 

Baş direktor əlavə edib ki, Dövlət Gəlirləri üzrə Komitənin vergilərin böyük miqdarda ödənilməməsi barədə bəyanatından sonra böyük həcmdə kredit almaq üçün aparılan danışıqların pozulması təhlükəsi  yaranıb.

“Biz Rusiyanın iri banklarından biri ilə 6,5 faiz  dərəcəsii ilə 150 milyon dollar kredit almaq üçün danışıqlar aparırdıq. Hər il 2-4 milyon dollar qənaət edərək  bu vəsaitlərlə kreditlərimizi yenidən qurmağı planlaşdırırdıq. 2018-ci ilin sonuna qədər kreditlərimizin həcmi 254 milyon dollardan 128 milyon dollara qədər azalacaq. Biz bu kreditləri 8-9 faizlə Ermənistan banklarından götürmüşük- Q.Tadevosyan belə deyib. 

Onun sözlərinə görə, Rusiya bankları ilə aparılan danışıqlar sona çatmaq üzrədir.  İndi bankla bağlı suallar yarandığından sazişin bağlanması sual altına düşüb.
Xatırladaq ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazprom-Ermənistan” şirkətində iri maliyyə pozuntularının aşkarlandığını iddia edir. “Şirkətdə kompleks yoxlama oktyabrın 1-də başlayıb və bu günə kimi davam edir. İndiyə qədər komitə vergi qanunvericiliyinin müddəalarının pozulması haqqında hər hansı epizod təqdim etməyib”, - şirkətdən bildirilib.

Lakin “Qazprom-Ermənistan” QSC-nin rəhbərliyi bu ittihamları əsassız adlandırır.

 “Heç bir sübut göstərilməyib. Komitənin bu cür fəaliyyəti şirkətin işgüzar nüfuzuna xələl gətirə və fəaliyyətinin normal axarını poza bilər. Ermənistanın ən iri vergi ödəyicisi olan “Qazpom-Ermənistan” hər zaman vergi qanunvericiliyi çərçivəsində fəaliyyət göstərib”, - bəyanatda deyilir.(Cebhe.info)



Tarix: 15-11-2018, 20:23
Xəbəri paylaş





Xəbər lenti