Trampın kobud mövqeyi iki dövləti alternativ arayışlara cəlb edib
“Uzun illər boyunca daima şifahi müzakirələrin predmeti olan Avropa müdafiə dosyesi Donald Tramp prezident seçildikdən sonra aktuallaşdı”,- Fransanın “Le Figaro” qəzetinin icmalçısı Rolan Qoron yazır.
“Fransa prezidenti tərəfindən dilə gətirilən “Ümum-Avropa ordusu” mahiyyəti etibarı ilə müdafiə və təhlükəsizlik sahəsində bütün birgə təşəbbüsləri ehtiva edir”,-deyə Parisdə yerləşən Beynəlxalq və strateji münasibətlər İnstitutunun (İRİS) direktor müavini Jan Pyer Molni müəllifə bildirib.
Müəllif R.Qoron vahid Avropa müdafiə ideyasının hələ 1990-cı illərdən, Maastrixt sazişinin imzalandığı vaxtdan yarandığını qeyd edir.
Bu zamana qədər məsələ yalnız ümumi danışıqların predmeti çərçivəsində qalıb. Lakin “Breksit” və Trampın seçilməisi ilə müşahidə olunan multilateralizmin zəifləməsi fonunda problem aktiv fazaya daxil olub. Avroada hərbi sahədə yeni strukturlar yaranmağa başladı. 2019-cu ildə Avropa müdafiə fondu üzv dövlətlərin hərbi gücünün artırılması və İttifaqın strateji müstəqilliyinin artrılması işinə start verib.
Paralel olaraq bu ilin iyununda Emmanuel Makron Böyük Britaniyanın da daxil ilduğu 10 ölkənin iştirakı ilə Avropa hərbi müdaxilə təşəbbüsü ideyasını irəli sürüb. Onun məqsədi Avropaın strateji muxtariyyatına nail olmaqdan ibarət olub.
Bütün bunların önündə isə həmişəki kimi Almaniya-Fransa ittifaqı dayanıb.
Burada ABŞ-ın qısqanc mövqeyi xüsusilə diqqət çəkir.
“Maraqlıdır ki, təhülkəsizliyə görə artıq pul xərcləməyi məhz amerikalılar tələb edirdi. Tramp indi də Şimali Atlantika blokunun büdcəsini çoxunun ABŞ tərəfindən qarşılanmasının anlaşılmaz olduğunu deyir. Əslində Trampın söylədiyi budur: Hər şeyi bizdən almalısınız. Pairs və Berlin ümumi Avorpa tank və qırıcılarının istehsalı sahəsində anlaşsalar da İttifaqın bir çox üzvləri Atlantikanın o biri tayından hərbi texnika ilə təchiz olunur”,-deyə Qoron qeyd edir.
“Mən Avropa ölkələrinin öz müdafiə büdcələrini ABŞ-ın silah və texnikasının almaq üçün artırmasına sakitliklə izləyə blmərəm. Əgər biz büdcəmizi artıracaqsaq, onu öz muxtariyyatmız üçün həyata keçirəcəyik”,-deyə Emmanuel Makron CNN-ə müsahibəsində meydan oxuyub.
“Avropalıların müdafiə sahəsində səylərini artırması təqdirəlayiq hadisədir. Lakin bu transatlantik münasibətlərə zərər vurmaqla həyata keçrilməməlidir”, -NATO baş katibi, norveçli Yens Stoltenberq Fransa və Almaniyaya xəbərdarlıq edib.
"Bloomberg" agentliyi isə ümum-Avropa ordu ideyasının indiki məqamda qeyri-rela olmasını yazır. Belə ki ABŞ Avropada hər an 65 min ordusunu yerləşdirməyə hazır olduğu onlarla bazaya malikdir. “Avropanın çətin ki belə bir miqyasda hərbi gücü olsun”, - agentliyin xəbərində deyilir.
Musavat.com