Türkiyə "qırmızı cizgi"ni çəkdi: “ABŞ GERİ ADDIM ATACAQ”

 Siam.az  xəbər verir ki, təqaüddə olan türk polkovnik Savaş Biçer Türkiyənin regiona ciddi investisiyalar qoyacağını və bunun da suriyaların geri qayıtmasını təmin edəcəyini bildirərək deyib: “Diplomatiyada irəlidəyik, üstünük və bunu da bacaracağıq. ABŞ geriyə addım atacaqdır”.
O, ABŞ-ın PKK terror təşkilatının başçıları barəsində məlumat üçün mükafat vəd edilməsi qərarını “səmimiyyətsiz və göstəriş üçün verilmiş” adlandırıb.
ABŞ-ın Türkiyə ilə strateji əlaqəsini davam etdirməsinin yolunun Türkiyənin "qırmızı xət"lərinə toxunmamaqdan keçdiyini vurğulayan Biçer deyib: “ABŞ-ın bu saxta və qeyri-səmimi qərarını adi türk vətəndaşı belə anlaya bilər. ABŞ-ı həmişə ittifaq içərisində olduğumuz müttəfiq kimi qəbul edirik və bu uzunmüddətli strateji əlaqənin doğru şərtlər altında davam eləməsini istəyirik. Bu düzgün şərtlər isə Türkiyənin uzun zamandan bəri müəyyənləşdirdiyi qırmızı xətti keçməməkdir. Türkiyə ABŞ-ın terror siyahısında olan PKK-nın Suriyadakı qolu PYD ilə əməkdaşlıq eləməsindən narahatdır. Dolayısı ilə ABŞ-ın qərarını necə səmimi adlandırmaq olar? ABŞ bu terror təşkilatının adını Suriya Demokratik Qüvvələri adlandıraraq onlara 30 min tır silah göndərib. Həmin silahların bir gün Türkiyə respublikasına qarşı çevriləcəyini bilmirlərmi? Təlim verdikləri minlərlə terrorçunun Türkiyənin illərlə mübarizə apardığı terror təşkilatının üzvləri olduğunu bilmirlərmi?”
Hurriyyet.org
Tarix: 16-11-2018, 19:58
Xəbəri paylaş





Xəbər lenti