ABŞ nüvə fəlakətinin bir addımlığından döndü


Radiasiya təlaşı mütəxəssisləri ayağa qaldırdı...




Kaliforniyadakı meşə yanğınlarının genişlənməsi ABŞ-ı yeni təhlükə ilə üz-üzə qoyub. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki,  yanğın nüvə tullantılarının təmizlənməsi ilə məşğul olan köhnə bir mərkəzi də sıradan çıxarıb.

Nüvə tullantıları mərkəzinin yanması mütəxəssislər arasında ciddi narahatlığa səbəb olub. Belə ki, ekspertlər radioaktiv maddələrin yanğın nətcisəsində havaya qarışa biləcəyindən ehtiyatlanıb. Lakin aparılan araşdırmalar nəticəsində bölgədə radiasiya səviyyəsinin normada olduğu bəlli olub.

Məlumat üçün qeyd edək ki, ABŞ prezidenti Donald Trampın şənbə günü Kaliforniya əyalətini ziyarət edəcəyi gözlənilir.  

Tarix: 16-11-2018, 20:11
Xəbəri paylaş





Xəbər lenti