PUTİN ABŞ-I HƏDƏLƏDİ: “CAVABSIZ QALMAYACAQ”
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Orta Mənzilli Nüvə Qücü” sazişindən imtina eləmək qərarına Moskva tərəfindən cavab veriləcəyini bildirib.Putin Rusiyanın Müdafiə Nazirliyi rəhbərliyi ilə birlikdə keçirilən müdafiə sənayesinin inkişafına dair konfransın açılışındakı çıxışında ABŞ-ın “Orta Mənzilli Nüvə Qücü” sazişindən imtina eləmək qərarı ilə bağlı mövqeyini bildirib. Putin Rusiyanın müqavilə ilə bağlı dialoq aparmağa hazır olduğunu vurğulayıb, ABŞ-ın bu məsələ ilə bağlı məsuliyyətlə davranacağına ümid elədiyini bildirib. Putin deyib:
“ABŞ-ın “Orta Mənzilli Nüvə Qücü” sazişindən imtina eləmək qərarı Moskva tərəfindən cavabsız qalmayacaqdır”.ABŞ-ın anti-ballistik raket müqaviləsindən imtina elədiyi dövrdə də Rusiyanın lazımi cavabı verdiyini xatırladan Putin artıq Rusiyanın hər hansı bir raket müdafiəsi sistemini aşa biləcək hipersonik silahlara sahib olduğunu söyləyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə Amerika arasında keçmişdə imzalanmış “Orta Mənzilli Nüvə Qücü” sazişindən imtina edəcəklərini bildirmiş və demişdi:
“Biz razılaşmaya əməl edən və hörmət göstərən tərəf olduq, lakin təəssüf ki, Rusiya bu razılaşmaya hörmətlə yanaşmadı. Bu səbəbdən razılaşmanı ləğv edəcəyik, müqavilədən imtina edəcəyik”.ABŞ ilə Rusiya arasındakı ABŞ-ın “Orta Mənzilli Nüvə Qücü” sazişi 1987-ci ildə Vaşiqntonda imzalanmışdı. SSRİ və ABŞ arasında imzalanmış nüvə silahları sazişi tərəflərin 500-5500 kilometr mənzilə sahib nüvə və ənənəvi qurudan atılan ballistik və qanadlı raketlər əldə etməsini, istehsal etməsini və ya sınaqdan keçirməsini qadağan edir. ABŞ tez-tez Rusiyanı bu razılaşmanı pozmaqda ittiham edirdi.
Hurriyyet.org
Tarix: 20-11-2018, 21:14