Amerikanın San-Fransisko şəhərinin Federal Məhkəməsi prezident Donald Trampın qərarına blok qoyub. Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, qərar qanunsuz miqrantlara sığınacaq verilməsinin qadağan edilməsiylə bağlı olub.
Bir qrup vəkil məhkəməyə müraciət etdikdən sonra federal hakim Con Tiqar sözügedən qərarın icrasını bir müddətlik məhdudlaşdırıb. Vəkil Le Qelerant bildirib ki, hüquq müdafiəçiləri qanunsuz miqrasiyaya tərəfdar deyillər: "Bununla belə Konqres bildirib ki, hətta bu halda belə insanları sığınacaq üçün müraciət hüququndan məhrum etmək olmaz".
Xatırladaq ki, Tramp sözügedən qalmaqallı qərarı 9 noyabrda imzalayıb. Qərara əsasən, ölkədə sığınacaq almaq hüququna ancaq qanunu yollarla gələn və sənədlərini təqdim edən şəxslər müraciət edə bilər.