Minsklə düşmənçilik Paşinyana baha başa gələcək: “Bu, "razborka" deyil ki, barmaq silkələyəsən”- İRƏVANDA NARAZILIQ
“Beynəlxalq tərəfdaşlarla əlaqələri təhdid edərək qurmurlar".Cebhe.info xəbər verir ki, bunu 20 noyabrda Facebook səhifəsində buraxılmış parlamentin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb. O, bəyanatında Belarusla yaranan gərginliyi nəzərdə tutub:
"Bu, oğlanların "razborka"sı deyil, İrəvandan Minskə və ya Vaşinqtona barmaq silkələməzlər. Bu, “Respublika” meydanı da deyil ki, insanları Təhlükəsizlik Xidməti ilə qorxudalar. Bu, beynəlxalq əlaqələrdir, burada hər şey diplomatik kanallarla həll olunur. Cənab Paşinyan, danışmadan öncə, düşünmək lazımdr, 7 dəfə ölç, bir dəfə biç. Çünki buna görə cavabı siz yox, erməni xalqı verəcək".
Tarix: 20-11-2018, 21:17