Putinin ABŞ və İsrailə İranı Suriyadan çıxarmağı təklif elədiyi İDDİA EDİLİR

 Mətbuatda yayılan iddialara görə, Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahuya “ABŞ-ın İrana qarşı sanksiyalarının yumşaldılmasının qarşılığında Suriyadakı qüvvələrini geri çəkməsi üçün Moskvanın Tehrana təzyiq göstərməsini” təklif edib.
İsrailin “Kanal 10” televiziyasında verilən xəbərə görə, ölkənin baş naziri Netanyahu bazar ertəsi günü parlamentin Müdafiə və Xarici Əlaqələr Komitəsinin üzvləri ilə keçirdiyi iclasda Putinin İran qüvvələrinin Suriyanı tərk eləməsi məsələsində Moskvanın Tehrana təzyiq göstərməsi şərtini təklif elədiyini söyləyib. Putinin Netanyahuya verdiyi təklifə görə, ABŞ-ın nüvə müqaviləsindən imtina eləməsinin ardından İrana tətbiq eləməyə başladığı sanksiyaları zəiflədəcəyi təqdirdə, Moskva Suriyadakı qüvvələrini oradan çıxarması üçün Tehrana təzyiq göstərəcək.
Netanyahunun Komitə üzvlərinə Putinin sözlərinin sadəcə ilkin təklif olduğunu və İsrailin bu məsələ ilə bağlı hələ qərarını vermədiyini söylədiyi yazılır. Putinin bu təklifi nə zaman etdiyi barəsində dəqiq məlumat verilmir. Netanyahunun isə bu təklifi ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi səfir Ceyms Cefri ilə son görüşündə müzakirə elədiyi qeyd edilir.
İsrail İranın Suriyadakı qüvvələrini öz təhlükəsizliyi üçün təhdid hesab edir və bu qüvvələrin Suriyadan çıxmasının lazım olduğunu tez-tez gündəmə gətirir.
Hurriyyet.org
Tarix: 21-11-2018, 20:10
Xəbəri paylaş





Xəbər lenti