ABŞ-ın bir addımlığındakı despotik rejimlər


Fövqəldövlət yaxınlığında rejimlərin deyil, müsəlman şərqinin üzərinə gəlməkdən əl çəkmir

ABŞ illərdir müsəlman şərqindən əl çəkmir. Müdaxilənin ən sərt formalarına belə əl atır. Bunu isə bölgədə antidemokratik rejimlərin olması və bu cür rejimləri iş başından uzaqlaşdırmağın vacibliyi ilə əsaslandırmağa çalışırlar. Maraqlıdır ki, Amerika qitəsinin özündə, ABŞ-ın coğrafi baxımdan yaxınlığında bir sıra ölkələrdə despotik rejimlər hökm sürür və kifayət qədər karbohidrogen ehtiyatları da var. Nədən ABŞ Amerika qitəsindəki rejimlərə, həmin bölgəyə müdaxilə etmir, amma özündən min kilometrlərlə uzaqda yerləşən müsəlman şərqinə nüfuz edir?

Politoloq Əhəd Məmmədli bildirdi ki, dünyanın hətta sonu gələnədək müsəlman şərqi ilə xristian qərbi arasında gizli və ya açıq savaş davam edəcək. İstanbul və Yaxın Şərq dünyanın mərkəzidirlər. Xristian ölkələri də həmişə çalışıblar bu torpaqları müsəlmanlardan alsınlar. Üstəlik, yer kürəsinin təbii sərvətlərinin əhəmiyyətli hissəsi müsəlman məmləkətlərindədi. Bütün bu nüanslara diqqət etdikdə ABŞ-ın müsəlman dünyasına əslində nədən bu qədər müdaxilə etdiyini, buranı ələ keçirməyə çalışdığını görə bilərik: “Yəni əslində müdaxilə heç də hansısa despotik rejimi yıxıb, əvəzində demokratik rejim qurmaq və həmin ölkələri xoşbəxt etmək üçün deyil. Son İslam xilafəti Osmanlı İmperiyası dağılandan sonra müsəlman dünyasının qara günləri başladı.

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Müsəlmanlar sanki sahibsiz qaldılar. Qərbin ABŞ, ortodoksların Rusiya, buddistlərin Çin və Yaponiya kimi sahibləri olan yerdə, müsəlmanlar son yüz ildə sahibsiz qaldı.  Müsəlmanlar sahibsiz qalana qədər ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin tərəfindən islam dünyasına saldırılar da davam edəcək. Latın Amerikasına gəldikdə isə bu region ABŞ-ın arxa bağçası sayılır. 19-cu əsrdə Napoleon müharibələrindən sonra Monro doktrinası imzalandı. Bu doktrinaya uyğun olaraq ABŞ Avropanın daxili işlərinə qarışmır, Avropa ölkələri də Amerika qitəsinə müdaxilə etmirdi. ABŞ gücləndikcə Avropaya da, bütövlükdə dünyanın işlərinə də qarışmağa başladı. ABŞ dəfələrlə Cənubi Amerika materiki ölkələrində hərbi çevrilişlər, inqilablar edib. İndi hədəf İslam dünyası və dirçəlməyə başlayan son xilafət Osmanlının varisi Türkiyədir. Türkiyənin dirçəlməsi İslam dünyasının yenidən dirçəlməsi deməkdir. İslam dünyası da dirçəlsə, bu, dünyada ABŞ-ın hegemonluğunun sonu deməkdir. Bunun baş verməməsi üçün Qərb dünyasının sahibi ABŞ müsəlman coğrafiyasına nüfuz etməkdə davam edəcək. Lakin Türkiyə dövləti yenidən dirçəlsə, müsəlmanlar yüz ildir davam edən qara zolaqdan, nəhayət,  çıxacaqlar”.(“Yeni Müsavat”)


Tarix: 22-11-2018, 10:35
Xəbəri paylaş





Xəbər lenti