Müəmmalı keşiş haqda şok faktlar: Seksual manyak və ya Rusiyanı idarə edən şarlatan... – FOTOLAR


Qriqori Rasputin tarixin mübahisəli fiqurlarından biridir. Rasputin bəzilərinə görə gələcəyi görən bir öngörücü, bəzilərinə görə isə, Rusiya çarlığının sonunun gəlməsinə səbəb olmuş bir kahindir...

 

Qriqori Yefimoviç Rasputin 21 yanvar 1869-cu ildə Sibirin Pokrovskoye qəsəbəsində kəndli ailəsində doğulub.

Atası Yefim və anası Anna Parşukovanın 7 uşağı körpəlik dövründə dünyasını dəyişib. Rasputin doğulduqdan sonra onun Feodosiya adlı bacısı dünyaya gəlib.

 

Bəzi mənbələrdə yazıldığına görə, onun hətta bacısı ilə də yaxın cinsi əlaqəsi olub. Rasputinin uşaqlığı haqda tarixdə müfəssəl məlumatlar yoxdur. Lakin təxminlərə əsasən deyə bilərik ki, o, təhsil almayıb və yetkinlik çağlarında belə, təhsilsiz olub.

 

Rasputin Ãariçe ile ilgili görsel sonucu

Bundan başqa bəzi yerli arxiv sənədlərində Rasputinin adı ilk gənclik illərində müxtəlif oğurluq, cinayət hadisələrində qeyd edilir.

Rasputin 1886-cı ildə Abalaka gedir və orada Praskovya Dubrovina adlı qadınla tanış olur. 1897-ci ildə evlənən cütlüyün 7 övladı dünyaya gəlsə də, onlardan yalnız 3-ü - Dimirti, Mariya və Varvara sağ qalır. Daha sonra Rasputin Pokrovskoyeni tərk edir və Dubrovinadan ayrı düşür. Buna baxmayaraq Dubrovina ömrünün sonuna kimi Rasputinə sadiq qalır.

İlgili resim

Vaxtının çox hissəsini monastrda keçirən Rasputin “dəli keşiş” ləqəbini qazanmışdı

1902-1904-cü illərdə Kazana səfər edən Rasputin psixoloji problemləri olan insanlara yardım etməyə başlayır və beləcə məşhurlaşmağa başlayır. Tarixi mənbələrdə qeyd edilir ki, o, bir çox qadın tərəfdarları ilə cinsi əlaqədə olurmuş.

Getdikcə nüfuzu artan Rasputinin sorağı Provaslav din xadimlərinə, dövlət adamlarına gedib çatır. Bundan sonra “dəli keşiş” çar ailəsi ilə tanış olaraq, sarayın bağbanı işləməyə başlayır.

Rasputin Nikolay ile ilgili görsel sonucu

Daha bir tarixi mənbədə qeyd edilir ki, çar II Nikolay 1906-cı ildə dövlət xadimlərindən birinə Rasputin haqda məktub yazır: “Bir neçə gün bundan öncə Tobolsk vilayətindən bir kəndilini qəbul etdim. O, mənə Müqəddəs Simyon Merkuşinskinin ikonasını gətirdi. Söhbətimiz zaman mənə və Aleksandra Fyedorovnaya (çar II Nikolayın həyat yoldaşı) böyük təsir göstərdi və onda fərqli enerji hiss etdik. Nəzərdə tutulan 5 dəqiqə əvəzinə, biz onunla bir saat söhbət etdik”.

Zaman keçdikcə çar ailəsinə daha da yaxınlaşan bu sirrli insan, ailənin ən yaxın adamına çevrilir. Söylənənlərə görə, Rasputin hətta ailənin baş məsləhətçisi vəzifəsinə qədər yüksəlmişdi.

Başqa bir tarixi mənbədə bildirilir ki, Rasputin Aleksandra Fyedorovnaya narahatlıqlarının öhdəsindən gəlməyə, tək vəliəhd olan oğulları Alekseyin isə hemofoliliya xəstəliyinin yüngülləşməsinə kömək edib. Bu tarixdə müalicəsi olmayan xəstəlik Avropa kraliyyət ailələrində də geniş yayılmışdı.

Həkimlərin səylərinə baxmayaraq, Alekseyin sağalması möcüzə kimi görsənirdi. Lakin Qriqori Rasputinin köməkliyi ilə çar ailəsinin tək vəliəhdi sağalır və Rasputin mövqeyini daha da möhkəmləndirməyə başlayır.

Aleksandra Fyodorovna ile ilgili görsel sonucu 

Çariça ilə yaxın intim əlaqələrinin olması barədə dedi-qodular II Nikolayı narahat edirdi...

Qriqori Rasputinin I Dünya Müharibəsi illərindən başlayaraq dövlət işlərinə müdaxiləsi də iddialar arasındadır. O, artıq qeyri-adi gücü olan peyğəmbər kimi tanınmağa başlayır. Buna görə də ona ailənin ən yaxınında olmaq tapşırılır. Rasputinin çar üzərində təsirləri getdikcə atmağa başlayır. O, siyasi məsələlərdə də II Nikolayı yönləndirməyə başlayır, hipnoz vasitəsilə danışdığı hər kəsi öz təsiri altına salırdı.

Çariçanın isə ona özəl bir heyranlığı var idi. O, oğlunun xəstəliyini yüngülləşdirən bu adamın vasitəsilə Tanrı ilə danışdığına inanırdı. Sarayda qaldığı müddətdə Rasputinin çar ailəsi ilə münasibətlərinin həddindən artıq səmimi olması, çariça ilə yaxın intim əlaqələrinin yarandığı ilə bağlı dedi-qodular II Nikolayı və bir çox dövlət adamını narahat etməyə başlamışdı.

Rasputin Nikolay ile ilgili görsel sonucu

Ən əsası, çarın üzərindəki böyük təsiri saray çevrəsindəki digər siyasiləri də narahat edirdi. Ailə ilə qan bağlılığı olmayan sıradan bir bağbanın onlarla bu qədər yaxın olması olduqca absurd idi. Onun cinsəl həyatında ifrata varması və bunları heç nədən çəkinmədən etməsi isə, bardağı daşıran son damla olur.

Rasputin Ãariçe ile ilgili görsel sonucu

Çariçaya güclü təsir imkanları sayəsində istədiyi hər kəsə vəzifə "hədiyyə" edirdi

Saray ətrafında yayılan söz-söhbətlər və narahatlıqlar getdikcə yayılırdı. Ortadoks kilsəsi də özünə peyğəmbər deyən Rasputinin din adamı deyil, dindən öz istəkləri üçün istifadə edən bir şeytan olduğunu iddia edirdi.

Hər bir hərəkəti olay olmağa başlayan “peyğəmbər”, hətta qəzetlərdə belə, hər gün ələ salınaraq, müzakirə mövzusuna çevrilməyə başlamışdı. O, insanların gözündə artıq ilahi gücə sahib olan bir peyğəmbər deyil, sadəcə, bir şarlatan idi. Bu adamın sözünə güvənib qərarlar alan çara isə, təpkilər getdikcə artırdı.

Bütün bunlar baş verən tarixdə artıq I Dünya Müharibəsi başlamışdı. Savaşa qarşı olan Rasputin, bunu Rusiya üçün böyük bir fəlakət olaraq görürdü. O, bu arada özünə vəhy gəldiyini və ordunun başına çarın özü keçməzsə, savaşı uduzacaqlarını iddia etməyə başlamışdı. Çar Rasputinin sözlərinə etimad edib, onun dediklərini eynilə yerinə yetirdi.

Lakin bunun sonu fəlakətlə nəticələndi. Çarın başçılıq etdiyi ordu döyüşdə məğlub oldu. II Nikolayın sarayda yoxluğundan isrifadə edən Rasputin çariça Aleksandra üzərindəki təsirini daha da artıraraq, onun baş məsləhətçisi olmuşdu. O, artıq hökümətin kadrlarını özü seçir, çariçaya etdiyi təsir nəticəsində istədiyi adama vəzifə verdirirdi.

İlgili resim

Ölümü yaşamından daha müəmmalı olan keşiş...

Saray xanədanının və digər siyasilərin Rasputindən duyduqları narahatlıq son həddə idi. Onlar artıq bu adamdan qurtulmağın zamanının gəldiyini düşünərək, sui-qəsdə əl atırlar.

1916-cı ilin 29 dekabr gecəsi Rasputin knyaz Yusupov tərəfindən içki içməyə dəvət edilir. Lakin o içkisinə zəhər qatıldığından xəbərsiz idi. İçindəki zəhərli şərabı başına çəkərək içən Rasputinə üzərindən uzun müddət keçsə də, heç nə olmur.

Rasputin Ãariçe ile ilgili görsel sonucu

Bunu görən knyaz Yusupov ona tapançadan ardıcıl atəş açmağa başlayıb. Rasputinin yerə yıxıldığını görən Yusufov artıq onu öldürdüyünü zənn edərək, sevinməyə başlayıb.

Lakin Qriqori Rasputin ayağa qalxır və knyazın qulağına nə isə deyərək, sürətlə qaçır. Sarayın həyətində qaçan zaman yenidən bir neçə dəfə vurulan bu müəmmalı adam, bir daha qalxmamaq üzrə yerə yıxılır.

Knyaz və adamları onun öldüyündən əmin olmaq üçün Rasputinin cəsədini Neva çayının buzlu sularına atırlar. Ertəsi gün cəsəd sudan çıxarıldığında Rasputinin həmin an ölmədiyi, boğulmazdan öncə xeyli çırpındığı anlaşılır.

Rasputin Lenin ile ilgili görsel sonucu

Rasputin öz ölümünü və qatillərinin taleyini tam dəqiqliklə təsvir etmişdi

Rusiyada fevral inqilabı əsnasında Rasputinin öz cəzasını tam çəkmədiyi qənaətinə gəlinir və onun cəsədi məzardan çıxarılaraq yandırılır. Onun köməkçisi işləmiş Monoviç bu hadisədən sonra Rasputinin yazdığı məktubu oxuyur.

Məktubda deyilirdi: “Yanvarın 1-dən əvvəl öldürüləcəyəm. Əgər çar ailəsi tərəfindən öldürülsəm, bu ailənin hamısı Rusiyadan sürgün ediləcək. Ölkədə qardaş-qardaşı öldürəcək və 25 il ərzində Rusiyada çar ailəsinə mənsub olan bir nəfər belə, qalmayacaq. Çar, əgər ölümümdə sizin də barmağınız varsa, ailənizdən heç kim, uşaqlarınız da daxil olmaqla, iki ildən artıq yaşamayacaq və rus xalqı tərəfindən qətlə yetiriləcəklər”.

Qriqori Rasputinin 1916-cı ilin dekabr ayında öldürüldüyünü, 1917-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirdiyini, SSRİ-nin yarandığını, Rusiyaya kommunizmin gəldiyini, çar ailəsinin məhv edildiyini və qardaşın qardaşı öldürdüyünü nəzərə alarsaq, bu məktubda yazılanların hər birinin doğru olduğu qənaətinə gəlmək olar.(Musavat.com)


Tarix: 22-11-2018, 20:00
Xəbəri paylaş





Xəbər lenti