Rusiyada Böyük Kreml Sarayı da daxil olmaqla bir çox dövlət qurumlarının binasında aparılan tikinti və yenidənqurma işlər zamanı dövlət vəsaiti mənimsənilib.
Cebhe.info Rusiya mətbuatina istinadən bildirir ki, bu barədə "Klimat prof" şirkətinin sabiq direktor müavini Boris Maltsevin sorğusu zamanı məlum olub.
Direktor müavini bildirib ki, vəsaitin mənimsənilməsi 2007-ci ildən başlayıb. Cinayət ən azı 17 obyektlə bağlı ayırlan vəsaitlərdə törədilib. Bunların arasında Kreml sarayı, prezident Vladimir Putinin iqamətgahı da var. Həmçinin konservatoriya və teatr binalarına ayrılan vəsait də mənimsəniib.
Tikinti və yenidənqurma işlərində sifarişçi əsasən Federal Mühafizə Xidməti olub və Mədəniyyət Nazirliyi, podratçı isə milyarder Dmitri Mixalçenkonun rəhbərlik etdiyi şirkət olub. Sifarişin icrası zamanı iş və materialların qiyməti şişirdilib.