RUSİYA İSRAİLİN PLANLARINI POZDU

 İsraildə dərc edilən “Haaretz” qəzetinin yazdığına görə, bu ilin sentyabr ayında İsrailin Rusiyanın İl-20 təyyarəsindən qalxan kimi istifadə edərək Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra, Rusiya Tel-Əvivlə münasibətlərin bir daha əvvəlki kimi olmayacağı barəsində mesajlar verir.
İsraildə dərc edilən “Haaretz” qəzetində dərc edilən məqalədə Rusiyanın İl-20 təyyarəsinin vurulmasından sonra İsrailin Suriyaya hüva hücumlarının dayandırılmadığı, lakin Rusiyanın yaratdığı əngəllər üzündən müəyyən çətinliklərlə qarşılaşmağa başladığı bildirilib. Yazıda deyilir ki, münasibətlərin əvvəlki kimi olmadığı Rusiya ilə İsrailin təyyarələrinin Suriyada qarşı-qarşıya gəlməsinin qarşısını almaq üçün tərəflər arasında yaradılan əlaqə xəttində istifadə edilən “aqressiv tondan və Rusiya hava qüvvələri ilə hava hücumundan müdafiə sistemlərinin Suriya torpaqlarındakı aqressiv davranışlarından” anlaşılır.
Həmçinin, məqalədə Rusiyanın Livandakı hadisələrə marağının artmasının da Tel-Əvivdə narahatlığa səbəb olduğu qeyd edilir. “Haaretz” yazır: “pessimist bir proqnoz versək, deyə bilərik ki, Rusiya Suriyanın üzərinə çəkdiyi qoruyucu qalxanla Livanı da müdafiə altına alacaqdır. Bu da İsrailin işlərini çətinləşdirəcəkdir”.
Yazıda ərəb mətbuatına istinadən, İsrailin 2014-cü ildən bəri Livana hava hücumları elədiyi də xatırladılır.
Hurriyyet.org
Tarix: 23-11-2018, 22:14
Xəbəri paylaş





Xəbər lenti