Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100-ü ötüb- YENİLƏNİB


Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100 nəfəri ötüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin nümayəndəsi Erab əl-Fukah məlumat yayıb.

"İsrailin hərbi qulluqçuları ilə toqquşmalarda yaralananların sayı 101 nəfərdir", - deyə Erab əl-Fukah bildirib.

Onun sözlərinə görə, 14 döyüş gülləsindən, 7 nəfər rezin gülləsindən, 11 nəfər qaz bombası zərbəsindən, digərləri qazdan xəsarət alıblar.

Daha əvvəl 12 nəfərin yaralandığı bildirilirdi.

***

Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda azı 12 fələstinli xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidrə məlumat verib.

Onun sözlərinə görə, bir uşaq güllə yarası alıb, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Tarix: 23-11-2018, 22:33
Xəbəri paylaş





Xəbər lenti