Kreml Ağ Evi Şoyqu ilə qorxutdu: “İndi də onun deyəcəklərinə qulaq asmalı olacaqlar”


Kreml Ağ Evi Şoyqu ilə qorxutdu: “İndi də onun deyəcəklərinə qulaq asmalı olacaqlar”

Rusiya dünyadakı vəziyyətin dəyişməsi üçün ABŞ-ın gedişinə ümid edir. Rusiya XİN-dən bildirilib ki, Vaşinqtonun yaxın və ortamənzilli silahların qadağan edilməsi sazişindən çıxmayacağına ümid edirlər.

Əks təqdirdə, Vaşinqton müdafiə naziri Sergeu Şoyqu ilə "üzləşməli" olacaq.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, "Bizim istənilən situasiya üçün qərarımız var. Bütün bunları xarici işlər naziri Sergey Lavrov yaxşı izah edib. İndi də Sergey Şoyqunun deyəcəklərinə qulaq asmalı olacaqlar",- deyə nazirliyin departament direktoru Vladimir Yermakov
vurğulayıb.

Xatırladaq ki, 22 noyabrda ABŞ tərəfi sözügedən sazişin indiki vəziyyətindən razı olmadığını bildirmişdi. Pentaqon rəhbəri Ceyms Məttis hesab edirdi ki, indiki durum qəbuledilməzdir: "İki tərəf saziş bağlayıb. Bir tərəf o sazişi pozur, ikinci tərəf də bununla razılaşmalıdır. Bu qəbuledilməzdir".

Tarix: 23-11-2018, 22:34
Xəbəri paylaş





Xəbər lenti