Ukraynanın müdafiəsinə 11 milyon ayrıldı: Rusiya təhlükəsi


Ukraynanın müdafiəsinə 11 milyon ayrıldı:

Britaniya Ukraynanın xarici təcavüzdən müdafiəsinə 11 milyon funt sterlinq xərcləyəcək.

Axar.az xəbər verir ki, bu məlumat Konfliktlərin Qarşısının Alınması Fondunun hesabatında yer alıb. Hesabatda bu məbləğin Ukrayna ordusunun şəxsi heyətinin hazırlığına xərclənəcəyi vurğulanıb.

Ukrayna ordusu üçün nəzərdə tutulan proqramın reallaşdırılması işiylə Britaniya Xarici İşlər Nazirliyi, Beynəlxalq İnkişaf Departamenti, Müdafiə Nazirliyi, Milli Kriminal Agentliyi və Britaniyanın Vergi və Gömrük Yığımları Dövlət İdarəsinin məşğul olacağı bildirilib.
Tarix: 24-11-2018, 19:48
Xəbəri paylaş





Xəbər lenti